Gəncə “Avropa Gənclər Paytaxtı” seçilə bilər

Gəncə “Avropa Gənclər Paytaxtı” seçilə bilər
  10 Aprel 2013    Oxunub:1581
Avropa Gənclər Forumu tərəfindən 2009-cu ildən etibarən “Avropa Gənclər Paytaxtı” seçilir
Bu günə kimi Roterdam, Turin, Antverb, Praqa, Maribor, Saloniki və Kluj-Napoka şəhərləri Avropa Gənclər Paytaxtı adına laiq görülüb.
Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görı, Gəncə şəhəri 2016-cı ildə Avropa Gəclər Paytaxtı olmaq üçün Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqəyə qoşulub. Müsabiqədə Avropanın müxtəlif ölkələrindən olan 12 şəhərlə yarışan Gəncə hədəfinə yaxınlaşmağa nail olub.
Hazırda müsabiqənin final mərhələsinə adlayan Gəncə digər 5 şəhərlə Badajoz (İspanıya), Galvay (Şimali İrlandiya), La Laguna (İspaniya), Varna (Bolqariya) və Vilnius (Litva) şəhərləri ilə yarışmalı olacaq.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2011-ci il 7 iyul tarixində imzalanmış Sərəncamla "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilib. Dövlət Proqramının müvafiq bəndinə əsasən proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin "Gənclər Paytaxtı" elan edilməsi nəzərdə tutulub. "Gənclər Paytaxtı"nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir.

Məlum olduğu kimi 2012-ci il üzrə Azərbaycan Gənclər Paytaxtı Gəncə şəhəri seçilib. Bu müddət ərzində şəhərdə çoxsaylı yerli və beynəlxalq tədbirlər həyata keçirilib. Gəncədə Gənclər Mərkəzi tikilməyə başlayıb.

Gəncə 2016-cı ildə Avropa Gəclər Paytaxtı seçilərsə bunun Gəncə ilə yanaşı Azərbaycan üçün də faydasının böyük olacağı hər kəsə məlumdur.

Gəncə şəhərinə bu cür əhəmiyyətli müsabiqədə Azərbaycanı uğurla təmsil etdiyi üçün təşəkkür edir və 2016-cı ildə Avropa Gənclər Paytaxtı olmağı arzu edirik.


Teqlər:  





Xəbər lenti