Rus tanklarının yeni qənimi

// Fransa Ukraynaya 5-ci nəsil “Akeron” sistemləri göndərib

   Rus tanklarının yeni qənimi
  20 Fevral 2023    Oxunub:3719
Fransa Ukraynaya “Akeron” 5-ci nəsil tank əleyhinə sistemlər göndərib. Ölkənin Milli Müdafiə və Silahlı Qüvvələr Komissiyasının vitse-prezidenti Jan-Lui Tyerrionun bu haqda açıqlamasını ekspertlər böyük maraqla qarsalayıblar. Çünki indiyə qədər Fransanın hərbi-siyasi rəhbərliyi bu haqda heç bir məlumat yaymamışdı.
Bu o deməkdir ki, Kiyev NATO-ya üzv dövlətlərin rəhbərliyinin rəsmi şəkildə elan etdiyindən əlavə olaraq, Qərb ölkələrindən başqa silahlar da almaqda davam edir. Ola bilsin ki, tank əleyhinə sistemlərin tədarükü Rusiya qoşunlarının gözlənilən hücumu ilə bağlıdır.

"Akeron MP" Fransa istehsalı olan müasir tank əleyhinə raket kompleksidir. Fransa ordusuna 2017-ci ildə təhvil verilib. Kompleks Fransanın quru qoşunlarının bölmələrinin silahlanmasında mövcud olan MILAN və FGM-148 "Javelin" tank əleyhinə raket sistemlərinin perspektiv dəyişdirilməsi məqsədilə hazırlanıb.


Hərbi ekspertlərin fikrincə, raket kompleksi piyada bölmələrində istifadə üçün nəzərdə tutulub. O, həm əllə daşına, həm də döyüş maşınlarına quraşdırıla bilər. Atəş məsafəsi 5 kilometrə qədərdir.

Açıq mənbələrdən əldə edilən məlumatlara görə, hazırda Fransada 400-ə yaxın belə kompleks mövcuddur. Komplekslərin potensial alıcıları arasında İsveç, Belçika, Portuqaliya və ola bilsin ki, Qətər yer alır. İndi Ukrayna da operatorların sırasına qoşulub.

Rusiya dəfələrlə Qərbin Ukraynaya silah tədarükünü tənqid edib və bunun münaqişəni daha da şiddətləndirdiyini bildirib.

Ə.V.
AzVision.az



Teqlər: Müharibə   Silah   Akeron  





Xəbər lenti