"UNO-ların çoxalması nüvə riski ilə bağlı ola bilər"

// Ufoloq: "Yaxında olduqlarını göstərmək istəyirlər"

"UNO-ların çoxalması nüvə riski ilə bağlı ola bilər"
  14 Fevral 2023    Oxunub:4420
Dünəndən bütün dünya ABŞ hərbçilərinin Kanada sərhədi yaxınlığında, Huron gölü ətrafında uçan naməlum obyekti (UNO) vurmasını müzakirə edir. İddialara görə, obyekt səkkizbucaqlı formada olub və 20.000 fut (6 km-dən bir qədər çox) hündürlükdə müşahidə edilib.
Vurulan aparatların kosmik mənşəli olması haqda ehtimallar da səslənir. Bu fikirlərə ciddi yanaşmaq olarmı?

Ufoloq Vaqif Ələkbərovun sözlərinə görə, artıq bir neçə dəfə belə hadisələr olub: "1952-ci ildə “Vaşinqton karuseli” adlanan hadisə zamanı da anlaya bilmirdilər ki, bu, UNO-dur, yoxsa, hansısa başqa bir obyekt. İndi hətta onu vurmağa müvəffəq olurlarsa da, düşünürəm ki, bu, hadisələrin gedişində dönüş nöqtəsi ola bilər”.

ABŞ əlindən gələni boş qaba çəkir. "Uçan boşqab"a
Bu yazıları da qaçırmayın:
ABŞ əlindən gələni boş qaba çəkir. "Uçan boşqab"a
Dördayaqlı "mələk"lər: İtlər insanları necə xilas edirlər?
Müharibədə “Zenit qarşıdurması” başlayır – ŞƏRH

O qeyd edib ki, ABŞ-dakı hadisədən əvvəl Meksikada yadplanetlilərin videosu çəkilmişdi: "Onların insan olmadıqları ilk baxışdan görünür. Hündürlüyü 10 metr və daha çox olan nəhəng məxluqlardır. Açıq şəkildə göstərirlər ki, “baxın, biz peyda olmuşuq”. Bunun bir müddət əvvəl Meksikada baş verib, daha sonra ABŞ-da təkrarlanması təsadüfi deyil. Hərçənd, ehtiyatlı olmaq lazımdır. Çünki siyasətçilər bəzən əhalinin diqqətini digər problemlərdən yayındırmaq üçün bu cür UNO hadisələrini gündəmə gətirirlər. Amma istənilən halda çox maraqlı vəziyyətdir. Bir az gözləmək lazımdır”.



V.Ələkbərov deyir ki, ABŞ vurulan obyektin nə olduğunu deməsə, o zaman yayılan informasiyaların doğru olduğu qənaətinə gələ bilərik. Çünki yadplanetlilərlə toqquşmalar bir qayda olaraq, məxfiləşdirilir. "Hərçənd, onlar həmin obyektlərin necə uçduqlarını başa düşmədiklərini, hansısa hərəkət mexanizmini və yerdəyişmə vasitələrini aşkarlamadıqlarını bildirirlər. ABŞ hakimiyyəti hadisəni Çinlə də əlaqələndirə bilər. Ümumilikdə, mürəkkəb məsələdir. Çünki burada bütün problemlər - həm hərbi-siyasi, həm də UNO məsələləri bir-birinə qarışıb ",- ufoloq əlavə edib.

V.Ələkbərov “Tehran insidenti” adlı hadisəyə də toxunub. Bu hadisə onunla səciyyələndirilir ki, Amerika istehsalı olan iki "F-4" hərbi təyyarəsinin vurmağa cəhd göstərdiyi obyektlər hücumları elə dəf ediblər ki, təyyarələrin idarəetmə və rabitə sistemləri pozulub. Beləliklə də, təyyarələr geri dönmək məcburiyyətində qalıblar. Yəni, sözün hərfi mənasında UNO təyyarəyə hücum edib və hərbçilər bunun qarşısını ala bilməyiblər.

"Demək istəyirəm ki, zərurət varsa, UNO istənilən hərbi obyekti dayandıra bilər. Lakin UNO qalıqlarının tapıldığı hallar olub və mən düşünürəm ki, bu, yadplanetlilərin zəifliyindən və ya müqavimət göstərə bilməməsindən irəli gəlmir. Onlar, sadəcə, özlərinin belə davranış tərzlərini nümayiş etdirirlər. Yəni “bizə lazım gəldikdə, siz bu kürəni vurub, onun içərisində nə olduğuna baxa biləsiniz” . Düşünürəm ki, bu mənada, onların vurulması mümkündür. Həqiqətdə isə yadplanetlilər tamamilə bəşəriyyətin imkanlarını üstələyən və bir növ proseslərə nəzarət edən varlıqlardırlar",- V.Ələkbərov qeyd edib.

Onun fikrincə, əvvəlki dövlərlə müqayisədə yadplanetlilərin qeydə alınmasının sayının artması nüvə müharibəsi təhlükəsilə bağlı ola bilər. Hazırda hamı kimin kimə ilk olaraq atom bombası atacağından danışır. Onlar isə sanki bunu hiss edirlər və peyda olurlar: "Ola bilər ki, onlar mövcudluqlarını göstərmək istəyirlər. Yəni, “bilin və anlayın ki, yanınızdayıq”. Bəlkə də onlar bu yolla qaynar başları soyutmağa çalışırlar..."

Aytən Zəhra
AzVision.az


Teqlər:   UFO   UNO  





Xəbər lenti