Rusiya sosial şəbəkələrində maraqlı bir foto yayılıb. Sankt-Peterburq sakinləri fikir veriblər ki, bəzi binaların üzərinə hər tərəfə istiqamətləndirilən səsgücləndiricilər quraşdırılıb.
Güman edilir ki, bu, hava hücumu zamanı əhalini xəbərdar etmək üçün görülən tədbirdir. Belə çıxır, Rusiyanın “Şimal paytaxtı” hava hücumuna hazırlaşır...