"Hyundai" "Kia" ilə toqquşdu, bir nəfər ölüb

   "Hyundai" "Kia" ilə toqquşdu,    bir nəfər ölüb
  04 Fevral 2023    Oxunub:643
Bakıda minik avtomobilləri toqquşub, bir nəfər ölüb.

AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" və "Kia" markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti