Berlin Kiyevə "Leopard 1" tanklarının ixracına icazə verdi

   Berlin Kiyevə    "Leopard 1"    tanklarının ixracına icazə verdi
  03 Fevral 2023    Oxunub:809
Almaniya hakimiyyəti köhnə "Leopard 1" tanklarının Ukraynaya göndərilməsinə müsbət cavab verib.
AzVision.az xəbər verir ki, belə açıqlama ilə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit çıxış edib.

Süddeutsche Zeitung: "Kiyevə sursat istehsalı dayanan "Leopard"lar verilir"
"Mən təsdiq edə bilərəm ki, artıq bir icazə var", - Hebeştreit deyib. O, bu mövzuda əlavə məlumat verə bilməyəcəyini də vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl yerli KİV Berlinin yaxın günlərdə bu modeldən olan 88 tankı Kiyevə ötürə biləcəyini yazmışdı. Eyni zamanda, məlum döyüş maşınları üçün kifayət qədər sursatın da olmadığı deyilirdi. Çünki onlar artıq istehsaldan çıxarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Tank   Berlin  





Xəbər lenti