Almaniya "Gepard" tankları üçün Qətərlə danışıqlar aparır
![Almaniya "Gepard" tankları üçün Qətərlə danışıqlar aparır Almaniya "Gepard" tankları üçün Qətərlə danışıqlar aparır](https://azvision.az/photos/2023/02/rusya-ukrayna-tanklar-leopard-tanki-1984915_2-1675414188.jpg)
Alman silah istehsalçısı "Rheinmetall" və "Flensburger Fahrzeugbau Gesellschaft" (FFG) onlarla "Leopards 1" tanklarının təmiri və yenilənməsi ilə məşğul olacaq. Əgər Kiyev onları almaq istəyərsə alman şirkətləri dərhal təchiz edəcək .
Digər tərəfdən, Almaniya hökuməti Qətərdən Kiyevə göndəriləcək 15 "Gepard" zenit tankı və daha çox sursat almaq üçün danışıqlar aparır. Qətər "FİFA 2022" Dünya Çempionatının stadionlarının təhlükəsizliyini təmin etmək üçün bu tankları almışdı.
Almaniyanın yeni müdafiə naziri Boris Pistorius deyib: ""Gepardlar" Ukraynadakı müharibədə özlərini təsdiqlədilər. Əgər biz tərəfdaşlardan daha çoxunu əldə edə bilsək, bu, ukraynalılara mütləq kömək edəcək".
Qeyd edək ki, yanvarın 25-də Almaniya Ukraynaya 14 "Leopard" tankı verəcəyini açıqlamışdı.
Aytən Zəhra
AzVision.az
Teqlər: