"Paşinyan Qarabağın təslim olmasını sürətləndirməyə çalışır" - Avetik Çalabyan
!["Paşinyan Qarabağın təslim olmasını sürətləndirməyə çalışır" - Avetik Çalabyan "Paşinyan Qarabağın təslim olmasını sürətləndirməyə çalışır" - Avetik Çalabyan](https://azvision.az/photos/2023/01/chalabyan-1675077052.jpg)
Çalabyan əmindir ki, Paşinyan 2020-ci ildə Qarabağı təslim etməyə hazır idi, lakin “Ermənistan ordusu, Qarabağ əhalisi və Rusiya bunun qarşısını aldı”. İndi Paşinyan Rusiyanın görünməmiş çətin siyasi vəziyyətdə olduğunu və etiraz elektoratının belə mübarizədən yorulduğunu dərk edərək, həmçinin Qərbin Rusiyanın Ermənistandakı təsirini neytrallaşdırmaqda maraqlı olmasından istifadə edərək “Qarabağın təslim edilməsi prosesini sürətləndirməyə çalışır”.
“Qarabağın ardınca Zəngəzur təslim ediləcək, daha sonra İrəvanda Türkiyə-Azərbaycan məhəllələri meydana çıxacaq və növbəti mərhələdə Ermənistan türkləşdiriləcək”,- Çalabyan deyib.
Ə.V.
AzVision.az
Teqlər: Ermənistan