Peskov: "Xüsusi xidmət orqanlarımız İrana hücumları təhlil edir"

      Peskov:    "Xüsusi xidmət orqanlarımız İrana hücumları təhlil edir"
  30 Yanvar 2023    Oxunub:817
Rusiya xüsusi xidmət orqanları İrana hücumlarla bağlı məlumatları analiz edirlər. AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, hücumları təqdir etməyib.

"Əlbəttə ki, bizim xidmətimiz indi baş verənlərlə bağlı daha dolğun təsəvvür yaratmaq üçün məlumatları təhlil edir. Hər halda, suveren dövlətə qarşı yönəlmiş bu cür hərəkətlər pislənməlidir", - Kreml rəsmisi qeyd edib.

Xatırladaq ki, bundan öncə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, İranda hərbi obyektə pilotsuz təyyarənin hücumunu kəskin şəkildə pisləmişdi. Qeyd edilirdi ki, bu cür dağıdıcı hərəkətlər Yaxın Şərqdə sülh və sabitlik üçün gözlənilməz nəticələr verə bilər.
Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Rusiya  





Xəbər lenti