Dövlət rəsmisi bildirib ki, diplomatik əlaqələr haqqında Vyana Konvesiyasının müvafiq müddəalarına görə, səfirliyin təhlükəsizliyi ilə bağlı müstəsna məsuliyyəti İran daşıyır:
“Baş verən hadisə ilə bağlı hörmətli Prezidentimiz hücumu terror aktı kimi qiymətləndirib və bunu şiddətlə pisləyib. Biz bu hadisə baş verəndən sonra İranın Bakıdakı səfirini dəvət etmişik. Əlimizdə olan ilkin məlumatlar əsasında, qarşıdakı tərəfə mövqeyimizi çatdırmışıq. İran beynəlxalq öhdəliyi çərçivəsində terror hadisəsini şəffaf araşdırmalıdır. Bu cinayətin törədilməsində əli olan bütün iştirakçıları müəyyən etməlidir və onları ədalət məhkəməsi qarşısına çıxarmalıdır. Bu, bizim qəti tələbimizdir".
AzVision.az
Teqlər: