Komitə sədri bildirib ki, bu hadisə terror hadisəsi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, İran hökuməti Azərbaycan səfirliyinə hücuma məişət donu geyindirməyə çalışsa da, baş verən hadisə hər şeyi ortaya qoyur.
Ziyafət Əsgərov təəssüflə qeyd edib ki, baş verən hadisə yaxın qonşumuz İranın iç üzünü bir daha ortaya qoyur və “qardaş” ölkə olduqlarını təsdiqləyir.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.
AzVision.az
Teqlər: