Qardaş(yan)laşan bacılar – KARİKATURA

// Hər bacının bir ahı var...

   Qardaş(yan)laşan bacılar –    KARİKATURA
  20 Yanvar 2023    Oxunub:11096
Ermənistan yaxın münasibətdə olduğu ölkələri adətən “bacı” adlandırır. Məsələn, Azərbaycan və Türkiyə bir-birlərinə “qardaş” dedikləri halda, Ermənistanla Fransa özlərini “bacı” kimi təqdim edirlər. Demək, bu ölkə özünü qadın cinsində görür. Eyni məntiqi davam etdirərək, bu suala cavab verməyə çalışaq: Əgər Fransa Ermənistanın bacısıdırsa, onda İran nəyidir?
Dövlətlər ya qardaşlaşa, ya da bacılaşa bilirlər, “bacı-qardaş dövlətlər” olmur. Hər halda, biz indiyə qədər belə terminə rast gəlməmişik. Əgər İranla Ermənistan məhz bacı-qardaşdırlarsa, bunu rəsmən elan etmələri maraqlı olardı. Amma nə qədər ki, belə bir rəsmi açıqlama olmayıb, biz onları bacılar qəbul etməyə məcburuq. Çünki tərəflərdən birinin cinsi dəqiq qadındır, o birinin nə olduğu isə... lənət şeytana!

Zahirən İran özünə brutal müsəlman kişi obrazı yaratmağa çalışır. Amma dünyadakı siması kardaşyankimilər olan bir ölkə qardaşlaşmaq brutal müsəlman kişisinə yaraşarmı?! Əsla! Məscidlərdə donuz saxlayan islamofob bir ölkə ilə bacılaşmaqla İran həm müsəlman, həm də kişi simasından məhrum oldu.

İrəvan və Tehran şəhərlərinin qardaşlaşması bu münasibətlərin rəsmiləşdirilməsinə doğru daha bir addım idi. Belə çıxır ki, Ermənistanla münasibətlər İran üçün o qədər dəyərlidir ki, hətta onillərlə yaratdığı brutal müsəlman kişisi obrazından imtina etməyə belə razıdır. Nə demək olar, Allah xeyirlərini versin. Ümid edirik ki, buna dəyir...

Sadəcə bir düzəliş etmək qalır: ölkənin özü qadındırsa, onun paytaxtı kişi ola bilərmi?! Məntiqsizdir. Yaxşı olardı ki, Tehran və İrəvan münasibətlərini “bacılaşmaq” adlandırsınlar.

Bacın mübarək, Tehran!

Rəsm: Nuray
Mətn: V.M.


Teqlər: İran   Ermənistan   Bacılar  





Xəbər lenti