Dünyanın ən böyük mədən qəzaları-SİYAHI

Dünyanın ən böyük mədən qəzaları-SİYAHI
  16 May 2014    Oxunub:3758
Türkiyədə baş verən mədən qəzası dünyada baş vermiş mədən qəzalarını yenidən gündəmə gətirdi. Dünyanın ən böyük mədən qəzalarını sizə təqdim edirik:

1. 26 aprel 1942-ci il - Benxihu, Çin

Yaponların idarə etdiyi kömür mədənində meydana gələn partlayış nəticəsində mədən işçilərinin 1549- u həlak olub.
İşçilərin cəsədlərinin çıxarılmasına isə 10 gün vaxt sərf olunub.


2. 10 Mart 1906-cı il – Fransa
Fransanın şimalındakı Courrieres mədənində kömür tozu partlaması nəticəsində 1099 nəfər həlak olub. 13 işçi isə 20 gün yer altında qaldıqdan sonra xilas edilib.


3. 15 dekabr1914-cü il - Kyushu, Yaponiya

Yaponiyanın Mitsubishi Hojyo kömür ocağında qaz partlaması nəticəsində 687 fəhlə həyatını itirib. Bu Yaponiya tarixinə ən ağır mədən faciəsi kimi daxil olub.


4. 9 noyabr 1963-cü il - Omuta, Yaponiya

Omuta şəhərində Mitsui Miike kömür mədənində karbonmonoksit zəhərlənməsinə görə 458 nəfər ölüb. Bütün bunlara baxmayaraq həmin mədən 1997-ci ilə kimi işlədildi.


5.14 oktyabr 1913-cü il – Böyük Britaniya

Senghenydd mədənində 439 fəhlə həyatını itirib.


21 iyun 1960-cı il, Cənubi Afrika

Cənubi Afrikanın ən ağır iş faciələrindən biri olan Coalbrook qəzasında 437 fəhlə yer altında qaldı. Onlardan heç biri xilas edilmədi.


7. 6 iyun 1972-ci il, Vankie, Zimbabve

Vankie kömür mədənindəki faciə 426 nəfərin həyatına son qoydu.


8. 28 May 1965-ci il - Dhanbad, Hindistan

Kömür mədənində baş verən yanğında 375 fəhlə həlak olub.



9. 27 dekabr 1975-ci il - Çasnala, Hindistan

Burada partlayış zamanı 372 mədən işçisi həyatını itirib.


10. dekabr 1866-cı il – York-Şir, İngiltere

İngiltərənin tarixinə ən ağır qəzalar kimi düşmüş Oaks mədən qəzasında 388 nəfər ölüb. Faciə partlayış nəticəsində baş verib.


11. 6 dekabr 1907-ci il, Virginiya, ABŞ

Monongah mədənində qəza nəticəsində 352 nəfər ölüb. Amma qeydlərin düzgün aparılmadığına görə, ölənlərin 500 ətrafında olduğu bildirilib.


Atilla Piri



Teqlər:  





Xəbər lenti