NATO ilə müharibədə Rusiyanın şansı yoxdur -TƏHLİL

NATO ilə müharibədə Rusiyanın şansı yoxdur -TƏHLİL
  14 May 2014    Oxunub:2696
Rusiya Federasiyasının qərbin hərbi-siyasi bloku olan “NATO” ilə müharibədə qələbə şansı yoxdur.

NATO qüvvələri Rusiya ordusunu sayca bir neçə dəfə üstələyir. Lakin ruslarda nüvə silahının olması NATO-nu ona qarşı hərbi əməliyyatlardan çəkindirir.

Azvision.az-ın məlumatına görə, bu barədə Qərb KİV-in Rusiya Silahlı Qüvvələri və NATO qüvvələri arasında fərqlər barədə yaydığı məlumatda bildirilir.

“Zəif texnologiyalar, hərbi sahədə kiçik xərclər və az sayda ordu. Kağız üzərində Rusiya NATO-u ilə müharibədə Rusiyanın qələbə qazanmaq şəxsləri yoxdur”, - deyə məlumatda bildirilir.

Müdafiə xərclərini azaltmasına baxmayaraq Şimali Atlantik blokun bu sahəyə ayırdığı vəsaitlərin miqdarı 950 milyard dollar təşkil edir. Rusiyada isə bu məbləğ 90 milyard dollardan aşağıdır.

NATO ordusunda 3,5 milyon hərbçi xidmət edir, Rusiyada isə bu göstərici 766 mindir. Alyansın 14 min təyyarə və helikopteri, 900 hərbi gəmisi var, Rusiya ordusunda isə bu göstərici 2,5 min təyyarə və helikopter, 250 hərbi gəmidir.

Alyansda həmçinin Rusiyadan iki dəfə çox tank, zirehli texnikaya malikdir. Üstəlik Rusiyaya məxsus texnikaların yarısı SSRİ zamanında istehsal edilib.

Eyni zamanda məqalədə vurğulanır ki, Rusiya NATO üzərində ən əsas üstünlüyə malikdir. Belə ki, rəsmi Kreml özü müstəqil siyasətini formalaşdıra bilər, Alyans isə aparacağı siyasəti alyansa üzv olan bütün 28 ölkə ilə razılaşdırmalıdır. Bəzən isə bunun üçün illər lazım olur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti