Nazirlik: 72 cinayət işi başlanıb

Nazirlik: 72 cinayət işi başlanıb
  09 Aprel 2013    Oxunub:1405
Vergilər Nazirliyi 2013-cü ilin birinci rübündə vergi hüquqpozmalarına qarşı mübarizə tədbirləri haqqında məlumat yayıb
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Vergilər Nazirliyi tərəfindən 2013-cü ilin birinci rübü ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, markalanmamış malların satılması faktları üzrə cəmi 72 cinayət işi başlanıb ki, bu da ötən illə müqayisədə 42 iş azdır.

Həmin cinayət işlərindən 36-sı səyyar vergi yoxlamalarının nəticələri, 37-si vergi borcunun ödənilməməsi, 2-si markalanmamış malların satılması faktları ilə bağlı vergi orqanlarından, 1-i isə digər hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar üzrə başlanıb.

Hesabat dövründə İstintaqı tamamlanmış 73 cinayət işindən külli miqdarda vergidən yayınma faktları üzrə 8 iş, xeyli miqdarda vergidən yayınma faktları üzrə 11 iş, qanunsuz sahibkarlıq faktları üzrə 1 iş, qanunsuz idman mərc oyunlarının keçirilməsi faktı üzrə 1 iş, markalanmamış malların satılması faktları üzrə 2 iş olmaqla cəmi 23 nəfər 23 iş ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 109 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.


Teqlər:  





Xəbər lenti