Nazirlik Dünya Əlillər Birliyinə üzv seçiləcək?

Nazirlik Dünya Əlillər Birliyinə üzv seçiləcək?
  09 Aprel 2013    Oxunub:1212
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dünya Əlillər Birliyinə üzv seçilməsi məsələsi müzakirə olunub
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 6-7-də İstanbulda Dünya Əlillər Birliyinin növbəti toplantısı keçirilib.
Tədbirdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Ailə və sosial siyasət naziri Fatma Şahin, Dünya Əlillər Birliyinin prezidenti Mətin Şəntürk və 70 ölkədən nümayəndə iştirak edib.

Tədbirdə Azərbaycanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov, şöbənin məsləhətçisi Tural Həsənov, ölkənin əlil ictimai birliklərinin nümayəndələri təmsil ediblər.

Dünya Əlillər Birliyinin strukturunun təkmilləşdirilməsinin əsas müzakirə obyekti olduğu toplantıda həmçinin əsas fəaliyyət istiqamətləri, təşkilata yeni üzvlərin seçilməsi məsələləri ətrafında fikir mübadilələri aparılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, habelə ölkəmizin tədbirdə təmsil olunan QHT-lərinin də Dünya Əlillər Birliyinə üzv seçilməsi məsələsinə baxılıb.

Tədbirdə əlillərin sosial müdafiəsi, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ölkələrarası təcrübə mübadilələri aparılıb.


Teqlər:  





Xəbər lenti