Qüdsdə partlayış: 18 nəfər xəsarət alıb

     Qüdsdə partlayış:    18 nəfər xəsarət alıb
  23 Noyabr 2022    Oxunub:653
İsrailin Qüds şəhərində partlayışlar baş verib, xəsarət alanlar var.
AzVision.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Partlayışlar Qüdsün mərkəzi avtobus stansiyasının yaxınlığında baş verib. Hadisə nəticəsində xəsarət alanların sayı 18-ə yüksəlib, iki nəfərin vəziyyəti ağırdır. Ölənlər barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.

Partlayışların baş vermə səbəbi kimi çantalarda yerləşdirilmiş partlayıcı qurğuların işə düşməsi göstərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti