İrandakı erməni yeparxiyası: Etirazçılar cəzalandırılsın

 İrandakı erməni yeparxiyası:  Etirazçılar cəzalandırılsın
  23 Noyabr 2022    Oxunub:570
İranın Şərqi Azərbaycan əyalətində yaşayan ermənilərin yeparxiyası etirazçıların cəzalandırılmasını tələb edib.
AzVision.az “Fars News” agentliyinə istinadən xəbə5r verir ki, erməni yeparxiyası bununla bağlı bəyanat yayıb. Onlar İran təhlükəsizlik orqanlarından etirazçıların cəzalandırılmalarını istəyib. Eyni zaman da İran məhkəmə sistemindən də etirazçıların cəzalandırılması tələb edilib.

Bəyanatda deyilir: "Biz bu müqəddəs torpağın digər dini və etnik qrupların ardıcılları ilə birlikdə İran hakimiyyətinin və rəsmilərinin yanındayıq. Ölkədə sabitliyi, ictimai təhlükəsizliyi pozaraq cinayətlər törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edirik”.

Qeyd edək ki, İrandakı erməni yeparxiyasının İsfahan, Şərqi Azərbaycan və Tehran əyalətləri üzrə 3 arxiyepiskopu var.

AzVision.az



Teqlər: İran   Etiraz  





Xəbər lenti