"Terrorçular törətdiklərinə görə cavab verəcək!" - Altun

   "Terrorçular törətdiklərinə görə cavab verəcək!" -    Altun
  22 Noyabr 2022    Oxunub:587
"PKK/YPG separatçı terror təşkilatına qarşı əməliyyatlar son terrorçu məhv edilənə qədər davam edəcək". AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bəyan edib.
Sosial mediada yayılan bəyanatda Altun mülki əhaliyə, hərbçi və polislərə, müəllimlərə, qadınlara və uşaqlara fərq qoymadan hücum edən terrorçuların davam edən cinayətlərinə diqqət çəkib.

"Təhlükəsizlik qüvvələrimiz terror təşkilatlarının günahsız vətəndaşlara hücumuna daha sərt cavab verir. Əməliyyatlar sonuncu terrorçu məhv edilənə qədər davam edəcək. Terrorçuları və onlara dəstək verənləri əməllərinə görə cavab verdirtdirəcəyik”.

O, Qaziantepin Karkamış rayonunda PKK/YPG terrorçularının 5 raket hücumu nəticəsində vətəndaşların həlak olmasından təəssüfləndiyini bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti