27 yaşlı futbolçu intihar etdi

   27 yaşlı futbolçu intihar etdi
  22 Noyabr 2022    Oxunub:563
Bosniya və Herseqovinanın "Zrinjski" komandasında oynayan İsveçrə millisinin futbolçusu Kərim Gazzetta 27 yaşında intihar edib.
Mostar şəhərində yaşayan futbolçu evinin qarşısında ölü tapılıb. Bosniya yerli mətbuatının məlumatına görə, 27 yaşlı Gazzetta binadan özünü ataraq intihar edib.

Futbol karyerasına İsveçrənin Servette komandasında başlayan Gazzetta Bosniya komandasına keçməzdən əvvəl Winterthur, Stade-Lozanne və Neuchâtel Xamax kimi komandaların formasını geyinib.

Gazzetta Bosniya yığmasında 1 oyun keçirib və aldığı zədədən sonra bir daha meydana çıxa bilməyib.
O ,2015-ci ildə dörd dəfə 20 yaşadək futbolçulardan ibarət milli komandaya seçilib və İsveçrə futbolunun gənc istedadlarından biri hesab edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti