"Bütün dövlətlərin özünü müdafiə etmək hüququ var" - İsveçdən Türkiyəyə dəstək

O, fransız həmkarından fərqli olaraq, Türkiyənin qonşu ölkələrdə keçirdiyi əməliyyatla bağlı rəsmi Ankaranı mühakimə etməyib.
“Türkiyə terror hücumlarına məruz qalmış bir dövlətdir və bütün dövlətlərin özünü müdafiə etmək hüququ var. Amma aydındır ki, mülki itkilərdən və mülki hədəflərdən qaçmaq vacibdir.
Hesab edirəm ki, bu kontekstdə biz tərtib edilmiş memoranduma sadiq qalmalıyıq, - Tobias Billström bildirib.
Billström “İsveç müstəqil xarici siyasət yürüdür” deyərək söhbətin başqa dövlətin bütövlüyünə hücumdan deyil, özünümüdafiədən ibarət olduğu xəttini müdafiə edib.
AzVision.az
Teqlər: