Çində fabrikdə baş verən yanğınlar 38 nəfər ölüb

Çində fabrikdə baş verən yanğınlar 38 nəfər ölüb
  22 Noyabr 2022    Oxunub:612
Çinin Henan vilayətinin Anyan şəhərindəki fabrikdə baş verən yanğında ən azı 38 nəfər ölüb.
AzVision.az xəbqər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Yanğın bazar ertəsi yerli vaxtla saat 16:00 radələrində başlayıb. Fabrik "Kaysinda" (Kaixinda Trading Co., Ltd) şirkətinə məxsusdur.

Bildirilib ki, yanğının söndürülməsinə 63 texnika, 240-dan çox yanğınsöndürən cəlb olunub. Çərşənbə axşamı səhər saatlarına olan məlumata görə, yanğın nəzarət altına alınıb.

Yanğının səbəbi hələlik açıqlanmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti