"NATO Ukraynadakı münaqişənin tərəfinə çevrilmək istəmir" - Stoltenberq

"Bu, NATO ölkələri üçün çox vacibdir, lakin biz Ukraynada qoşun yerləşdirməyə başlasaq, münaqişənin bir hissəsi olacağıq. NATO ölkələri Ukraynaya öz hava məkanını qorumaqda kömək etməkdə qərarlıdır. Ona görə də biz Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təchiz edirik. Həm də hərbçilərin Hava Hücumundan Müdafiə sistemlərindən istifadə etməsi üçün təlim keçməsinə kömək edirik. Böyük Britaniya bu səylərdə aparıcı rol oynayır”, - Stoltenberq əlavə edib.
AzVision.az
Teqlər: