Türkiyə 1441 terrorçunu məhv edib

   Türkiyə    1441    terrorçunu məhv edib
  21 Noyabr 2022    Oxunub:950
2019-cu ildə Hakurk ilə başlayan “Pəncə” silsilə hərbi əməliyyatlarında indiyədək məhv edilmiş terrorçuların sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edilir ki, bu günə kimi 1441 terrorçu zərərsizləşdirilib. Son olaraq isə Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən Şimali İraq və Suriyada terrorçu hədəflərə qarşı “Pəncə-Qılınc” əməliyyatları həyata keçirib.

Türkiyə Silahlı Qüvvələri (TSK) noyabrın 13-də İstiqlal küçəsində törədilən terror aktından sonra gecə yarısı İraqın şimalında və Suriyadakı PKK-YPG terror təşkilatı hədəflərinə qarşı hava əməliyyatları həyata keçirdi. Suriyanın şimalındakı Tel Rifatdan İraqın şimalındakı Asosa qədər uzanan geniş əməliyyat zonası üzrə 89 terrorçu hədəfi məhv edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Terrorçu  





Xəbər lenti