Ukraynalılar hərbi cinayət törədiblər? - The New York Times qalmaqallı videodan yazdı

   Ukraynalılar hərbi cinayət törədiblər? -    The New York Times qalmaqallı videodan yazdı
  21 Noyabr 2022    Oxunub:967
ABŞ-ın “The New York Times” qəzeti ukraynalı əsgərlərin rus əsirlərini güllələməsini göstərən videoların həqiqiliyini təsdiqləyib. Buna baxmayaraq, nəşr yazıb ki, videogörüntülərdən təslim olan insanların hansı şəraitdə öldürüldüyünü müəyyən etmək mümkün deyil.
Ukraynalı hərbçilərin hərbi cinayətlərə yol verdiyi iddia edilən sözügedən videolar noyabrın ortalarında sosial şəbəkələrdə yayılıb. Birinci videoda Ukrayna əsgərləri rus hərbçilərinə məxsus formada olan bir qrup şəxsi yaşayış evindən çıxararaq həyətdə əsir götürürlər. NYT bir məqama xüsusi diqqət çəkib ki, videodakı səsdə ukraynalı döyüşçülərin rahat pozalarda dayanırlar, hansısa gərginlik olmur və beləcə ruslar heç nişan da alınmırlar.

Ukraynada Rusiya ilə bağlı 20 minə yaxın cinayət işi açıldı
Amma kadra qəfl başqa bir şəxs daxil olan kimi və güllə səsinə bənzər bir səs eşidildikdə video kəsilir. Ehtimal edilir ki, sonradn eyni məkanda havadan pilotsuz təyyarə ilə lentə alınmış ikinci görüntülərdə həmin təslim olmuş 12 əsgərin cəsədi əks olunub. Onların bəzilərinin yaxınlığında qan izləri də görünür. Birinci video kəsiləndən sonra ikinci videonun çəkilməyə başladığı müddət arasında nələrin baş verdiyi məlum deyil. Məqalə müəllifi yazır ki, çox güman ki, birinci kadrlarda evdən çıxan sonuncu rus əsgəri gözlənilmədən müqavimət göstərməyə çalışıb və atəş açmağa başlayıb.

"Physicians for Human Rights“ təşkilatının tibb eksperti, həkim Roxini Haar hadisəni qəzetə şərh edib: “Deyəsən, onların əksəriyyəti başından güllə yarası alıb. Qan gölməçələri var. Bu, cəsədlərin sadəcə orada qaldığını göstərir. Yəqin ki, heç kim əsgərləri aparmağa və ya kömək etməyə cəhd etməyib”. O, həmçinin fikirlərinə onu da əlavə edib ki, rus əsgərləri yerdə uzanıqlı vəziyyətdə olduqları üçün əslində hərbi əsir sayılıblar. Ona görə də onların ölümü hərbi cinayət kimi qiymətləndirilə bilər.

Eyni zamanda, hərbi cinayətlər üzrə ekspert İva Vukusiç qeyd edib ki, ukraynalı hərbçilərin məlum davranışları qanuni ola bilər. Çünki videolardan əsirlərin qəfl başlayan atışma zamanı öldürüldürülməsi və ya tam təslimiyyətdən sonra edam olunmasını müəyyən etmək mümkün deyil. Üstəlik, Vukusiç qeyd edib ki, məhz sonuncu təslim olanın hərəkətləri cinayət kimi qiymətləndirilə bilər. Çünki Cenevrə Konvensiyası düşmənə zərbə endirmək üçün təslim imitasiyasını qadağan edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Hərbi-Cinayət  





Xəbər lenti