"iPhone 14"ü gələn ildən tez əldə etmək mümkün olmayacaq

   "iPhone 14"ü gələn ildən tez əldə etmək mümkün olmayacaq
  21 Noyabr 2022    Oxunub:885
Yeni istehsal edilən "iPhone 14"ün dünya ölkələrinə çatdırılması gələn ilə təxirə salnır. Buna səbəb isə Çində koronavirusa yoluxanların sürətlə artması səbəbindən qapanmalara gedilməsidir.
AzVision.az xəbər verir ki, bu barədə "My Drivers" portalı məlumat yayıb. Bildirilib ki, əgər yeni "iPhone 14 Pro" və "iPhone 14 Pro Max" smartfonlarının satışına başlandıqdan sonra rəsmi internet saytında sifariş üçün gözləmə müddəti təxminən 4-5 həftə idisə, indi telefonların 2023-cü ilin yanvarın 3-dən tez olmayaraq alıcıya çatdırıla bilməyəcəyi qeyd edilib.

Qapanma Çində yerləşən fabrikin işinə təsir edib. Belə ki, əvvəllər 85 milyon smartfonun istehsalı planlaşdırıldığı halda, cari rübdə yalnız 79 milyon cihaz göndərilə biləcək.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti