Aktyorları daşıyan mikroavtobus qəza törətdi: Ölən və yaralananlar var

   Aktyorları daşıyan mikroavtobus qəza törətdi:    Ölən və yaralananlar var
  21 Noyabr 2022    Oxunub:1093
Amasiyada teatr aktyorlarını daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində baş verən faciəvi qəzada mikroavtobusda olan 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Tolqa Güleryüz, Burak Topçu və Özgür Karataş hadisə yerində həyatını itirib. Yaralı sürücü və mikroavtobusda olan Özgür Ayaz, Burak Gülçebi, Melis İşiten, Sergen Deveci, Uğur Şalvarcıoğlu, Ceyhun Fersoy və Filiz Özbek təcili yardım maşınları ilə Merzifon və Suluova xəstəxanalarına aparılıb və onlara tibbi yardım göstərilib.

Bildirilir ki, truppa Çorumda “Baş bəlası” teatr tamaşasını səhnələşdirdikdən sonra Samsuna geri dönürmüş.




Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti