Njdenin heykəlini təhqir edənlər saxlanıldı

  Njdenin heykəlini təhqir edənlər saxlanıldı
  21 Noyabr 2022    Oxunub:742
Polis ermənilərin faşist "milli qəhrəmanı" Qaregin Njdenin abidəsini və Argentinanın milli qəhrəmanı, siyasətçi Manuel Belqranonun büstünü yazan şəxsləri saxlayıb.
Hadisə noyabrın 15-i axşam saatlarında qeydə alınıb. Polis Njde və argentinalı general Manuel Belqranonun abidəsində fars dilində yazıların olduğunu müəyyən edib.

Yazıların 29 və 39 yaşlı iki şəxs tərəfindən yazıdığı məlum olub. Noyabrın 18-də onlar tapılaraq saxlanılıblar.

Xatırladaq ki, Njdenin heykəli “Respublika meydanı” metrostansiyasının yanında, Belqranonun büstü isə Argentina meydanındadır.

Şahanə Rəhimli
AzVision.az






Teqlər:





Xəbər lenti