İran İraqda qaçqın düşərgəsinə raket atdı- Yaralılar var

   İran İraqda qaçqın düşərgəsinə raket atdı-   Yaralılar var
  21 Noyabr 2022    Oxunub:918
İran silahlı qüvvələri İraqın Kürdüstan bölgəsinə növbəti dəfə raket zərbələri endirib. AzVision.az xəbər verir ki, bu barədə İNA agentliyi məlumat yayıb.
Qeyd edilir ki, hücumun hədəfi İranda hökumət əleyhinə etirazlara dəstək verən kürd partiyalarının Ərbil və Süleymaniyyədə yerləşən qərargahları olub.

"Shafaq News" isə məlumat yayıb ki, İran əsgərləri Bağırka şəhərindəki qaçqın düşərgəsini də atəşə tutub. Yaralılar var.

Nəşr yazır ki, ABŞ-ın Ərbildəki konsulluğunda İranın bombardmanları ilə bağlı həyəcan siqnalı-sirenlərin səsi eşidilib.
Tural Tağıyev
AzVision.az



Teqlər: İran   İraq  





Xəbər lenti