Ərdoğan təyyarədə əmr verdi - VİDEO

   Ərdoğan təyyarədə əmr verdi -    VİDEO
  20 Noyabr 2022    Oxunub:950
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqın şimalında və Suriyada terrorçuların baza kimi istifadə etdiyi bölgələrdə “Pəncə Qılınc” hava əməliyyatının icrasına göstəriş verməsi ilə bağlı görüntülər yayılıb.
AzVision.az xəbər verir ki, kadrlarda Türkiyənin müdafiə naziri Hulusi Akarın İndoneziya səfərindən sonra Ərdoğana hesabat verdiyi görünür

Akarın verdiyi məlumat əsasında Prezident Ərdoğanın əməliyyatla bağlı göstəriş verdiyi bildirilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə “Pəncə-Qılınc” adı altında xüsusi antiterror əməliyyatı keçirib. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyatın istər planlama, istərsə də icra prosesində günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb, buna böyük həssaslıqla yanaşılıb.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlamasında deyib ki, terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarları, terror təşkilatının qondarma qərargahı məhv edilib.
AzVision.az


Teqlər:





Xəbər lenti