Serbiya qaz rezervlərini istifadə etməyə başladı

Serbiya qaz rezervlərini istifadə etməyə başladı
  19 Noyabr 2022    Oxunub:794
Serbiya təbii qaz təchizatının gündəlik tələbatı ödəyə bilmədiyi üçün anbarlardakı rezervlərindən istifadə etməyə başlayıb.
AzVision.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin təbii qaz rezervlərinin həcminin 760 milyon kubmetrdən 650 milyon kubmetrə düşdüyünü bildirib. A.Vuçiç ölkənin təbii qaz rezervlərinin ən çətin hava şərtlərində iki ay kifayət edəcəyini deyib.

Qeyd edək ki, Serbiya təbii qaz nəqli marşrutlarını şaxələndirmək məqsədilə Bolqarıstanla interkonnektor inşa edir.

AzVision.az



Teqlər:





Xəbər lenti