Parisin gizlətdiyi cinayət: Fransa Holokost qurbanlarına təzminat ödəməlidir

      Parisin gizlətdiyi cinayət:    Fransa Holokost qurbanlarına    təzminat ödəməlidir
  16 Noyabr 2022    Oxunub:3361
2010-сu ildə Parisin Holokost mərkəz-memorialına maraqlı bir sənəd hədiyyə olunmuşdu. II Dünya Müharibəsi zamanı tərtib edilmiş və yəhudilərin vətəndaşlıq, təhsil, eləcə də digər hüquqlarını məhdudlaşdıran bu statutda Vişi diktaturasının rəhbəri marşal Filip Petenin 1940-cı ilə aid şəxsi qeydləri əks olunub.

Sənəddən məlum olurdu ki, Fransanın ovaxtkı rəhbərliyi "yəhudi məsələsi”nin həllində bilavasitə iştirak etmiş, soyqırımı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi seçmişdi.

1944-cü ilin avqustunda Fransa azad ediləndə avtoritar Vişi rejiminin antisemit qanunları avtomatik olaraq qüvvədən düşür, bundan bir il sonra isə marşal Filip Peten (Henri Philippe Benoni Omer Joseph Pétain) vətənə xəyanətdə ittiham edilərək ,ölümə məhkum olunur. Amma Xolokostun memarlarından birinin yeni hökümət rəhbərliyində o qədər gizli tərəfdarı tapılır ki, onun cəzasını ömürlük həbslə əvəzləyərək, şərəfsiz həyatını 23 iyul 1951-ci ilə qədər "uzadırlar".


Təbii ki, sözügedən statutun əslinin üzə çıxmasına qədər Peten "aşiqləri" onun günahlarını rədd edir, iddianın tam əksini irəli sürməyə çalışırdılar. Çünki Fransanın antisemit keçmişinin sübutu prestijlə yanaşı, dövlət xəzinəsinə də vurulan zərbə ola bilərdi.
Faşizm bacılığı: Fransa-Ermənistan cütlüyü Azərbaycan-İsrail dostluğuna qarşı - TƏHLİL

Faşist Almaniyası ilə bütün sahələrdə ətraflı kollaborasiya yaradan Fransada bu mövzu tabu olduğu üçün keçən əsrin sonuna qədər "Yəhudi statutu" barədə heç bir rəsmi bəyanat verilməmişdi. Məsələ yalnız 1995-ci ildə Jak Şirak (Jacques René Chirac) tərəfindən qaldırılaraq, prezident seçkilərində yəhudi lobbisinin gücündən istifadə etmək üçün üzə çıxarılır.

Amma istəyinə nail olandan sonra yeni dövlət başçısı II Dünya Müharibəsi zamanı yəhudilərin Fransadan deportasiyasında dövlətin iştirakını rəsmən etiraf etsə də, qurbanların varislərinə təzminat ödənişilə bağlı məsələyə toxunmayaraq, əksinə mövzunun inkişafına veto qoymuşdu.

Hans Kloss
AzVision.az üçün


Teqlər:   Fransa   İsrail   Holokost  





Xəbər lenti