AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi
kəşfiyyata istinadən məlumat yayıb. Qeyd edilir ki, Ukrayna torpaqlarında olan işğalçılar köhnə piyada döyüş maşınlarında hərəkət edirlər və onları "alüminium qutular" adlandırırlar.
Kəşfiyyat məlumatlarına görə, çox güman ki, Rusiya Federasiyası son həftələrdə texnika ehtiyatlarını Belarusdan əldə etdiyi ən azı 100 ədəd piyada döyüş maşını və tankla artırıb.
Kəşfiyyatçılar onu da xüsusi olaraq vurğulayıblar ki, "Rusiyanın müharibə aparma tərzində zirehli birləşmələr və artilleriya mərkəzi yer tutur...".
Tural Tağıyev
AzVision.az