MDB Təhlükəsizlik Şuralarının katibləri nüvə təhlükəsizliyini müzakirə edəcəklər

   MDB Təhlükəsizlik Şuralarının katibləri nüvə təhlükəsizliyini müzakirə edəcəklər
  03 Noyabr 2022    Oxunub:811
MDB ölkələrinin Təhlükəsizlik Şuralarının katibləri Moskvada keçiriləcək iclasda nüvə təhlükəsizliyinin təmin edilməsi və nüvə silahının yayılmaması məsələlərini müzakirə edəcəklər.
AzVision.az xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. “Biz nüvə təhlükəsizliyinin təmin edilməsi və nüvə silahının yayılmaması məsələsi ilə bağlı məlumatları dinləyəcəyik”, - Patruşev deyib.

Bundan başqa, katiblər təhlükəsizlik sahəsində milli, regional və beynəlxalq aktual məsələləri diqqətdə saxlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti