"Nikol status məsələsində xalqa yalan dedi" - Erməni deputat

   "Nikol status məsələsində xalqa yalan dedi" -    Erməni deputat
  03 Noyabr 2022    Oxunub:818
Ermənistanın "Respublika" Partiyasının sədr müavini, parlamentin "Şərəfim var" fraksiyasının üzvü Armen Aşotyan baş nazir Nikol Paşinyanı xalqa yalan danışmaqda günahlandırıb.
AzVision.az xəbər verir ki, "Mamul"a açıqlama verən müxalifəti təmsil edən deputat qeyd edib ki, onun parlamentdəki dünənki çıxışında Qarabağla bağlı açıqlaması anormal fikirlərlə doludur.

- Baş nazir dedi ki, Qarabağın statusu haqqında ona görə danışmır ki, rusiyalı tərəfdaşlar Dağlıq Qarabağın statusu məsələsini qeyri-müəyyən müddətə təxirə salmağı təklif ediblər. O yalan deyir!

"Əliyev Soçidə hər kəsə öz yerini göstərdi" - Erməni analitik
Paşinyan yüksək tribunadan Qarabağ məsələsindən danışarkən, o, bu problemi gələcəkdə müzakirə edəcəklərini demədi.

Azərbaycan da Nikolun problemin statussuz həllinin də başa düşülən və məqbul olduğu barədə axmaq bəyanatlarından maksimum yararlanır, - Aşotyan qeyd edib.

Erməni deputat artıq belə bir liderə malik olmalarından utandıqlarını da dolayısı ilə açıqlayıb.

- Nikol əslində məğlubiyyət simvolu deyil. O, məğlubiyyətimizin birbaşa səbəbkarıdır. Prezident İlham Əliyevin “sərxoş kloun” deyərək aşağıladığı adamdır. Ölkə adından danışıqları aparan şəxsin dəyişməsi bizim üçün taleyüklü məsələdir. Nikol Paşinyanın burada layiqli şəxs mövqeyi yoxdur, - Aşotyan gileylənib.

Xatırladaq ki, dünən Ermənistan parlamentində dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı baş nazir Nikol Paşinyan Soçidə status məsələsinə toxunulmamasından da danışıb. O qeyd edib ki, indi hamı üçün məqbul olan hansısa statusun əldə edilməsi qeyri-mümkündür. Erməni baş nazir Rusiyanın bu məsələdə sərgilədiyi mövqenin İrəvan hökumətinin yanaşmasına tam uyğun oduğunu vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan   Qarabağ   Status  





Xəbər lenti