"İlham Əliyev iki ədəd TOGG istəyib" - Ərdoğan

"İlham Əliyev iki ədəd TOGG istəyib" -  Ərdoğan
  03 Noyabr 2022    Oxunub:9417
İlham Əliyev Türkiyənin istehsal etdiyi “TOGG” elektromobilindən iki ədəd istəyib. Bu haqda jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti avtomobillərin birindən xidməti maşın kimi istifadə edəcəyini deyib. "Rəng məsələsini danışmadıq. Ona yəqin ki, Mehriban xanımla birgə qərar verərlər ",- Ərdoğan əlavə edib.

Türkiyə Prezidentinin sözlərinə görə, onun xanımı qırmızı rəngi bəyənib.

Vətəndaşların yerli istehsal olan elektromobildən razı qalacaqlarına və maşının rəqabətədavamlı olacağına əminliyini ifadə edən Ərdoğan xatırladıb ki, TOGG 0-dan 100 kilometrə 4,8 saniyəyə çata bilir.




Teqlər: TOGG   Türkiyə  





Xəbər lenti