Böyük Britaniyadan daha 4 rusiyalı oliqarxa sanksiya

Açıqlamada bildirilib ki, Rusiyanın “OAO Tatavtodor” nəqliyyat və tikinti şirkətinin baş direktoru və Direktorlar Şurasının üzvü Ayrat Mintimeroviç Şaymiyev və “AO TAIF” Şirkətlər Qrupunun baş direktoru Albert Kaşafoviç də Böyük Britaniyanın sanksiya siyahısındadır.
Hökumətin sanksiya qərarı çərçivəsində 4 oliqarxın ölkəyə səyahətinə qadağa qoyulub, onların bütün aktivləri dondurulub.
Bəyanatda fikirləri yer alan Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “Bu gün Putinə güvənən və qarşılığında onun döyüş maşınına maliyyə verən 4 oliqarxa qarşı sanksiyaları təsdiq edirik”, - bildirib.
AzVision.az
Teqlər: