Tehran Səudiyyə Ərəbistanına hücuma hazırlıqla bağlı məlumatlara münasibət bildirib

“İran İslam Respublikası mehriban qonşuluq siyasətinə sadiqdir, qarşılıqlı hörmət əsasında və beynəlxalq hüquq çərçivəsində hərəkət edir, regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə çalışır və qonşu ölkələrlə konstruktiv qarşılıqlı fəaliyyəti davam etdirəcək”, - N.Kənani qeyd edib.
Xatırladaq ki, daha öncə “Reuters” Milli Təhlükəsizlik Şurasının (MTŞ) nümayəndəsinə istinadən xəbər vermişdi ki, ABŞ İrandan Səudiyyə Ərəbistanına qarşı təhdidlərdən narahatdır, lazım gələrsə, cavab verməyə hazırdır. Eyni zamanda bildirilib ki, ABŞ hərbi və kəşfiyyat kanalları vasitəsilə daim krallıqla əlaqə saxlayır.
AzVision.az
Teqlər: