Putin jurnalların üz qabığında - FOTOLAR

Putin jurnalların üz qabığında - FOTOLAR
  08 May 2014    Oxunub:3304
Ukraynada xüsusilə də Krımda baş verən son hadisələrdən sonra, Vlladimir Putin dünyaca məşhur jurnalların “üz qabığı qəhrəmanına” çevrilib. Gəlin jurnalların Putini həm günümüzdə, həm də bir neçə il əvvəl üz qapaqlarında necə təsvir etdiklərinə nəzər salaq.

Polşanın UwazamRze Historia jurnalı, 21.03.2014

Bu nömrənin baş yazısı “İmperiya əks hücuma keçir” adlanır. Yazıda qeyd olunur ki, SSRİ-nin tənəzzülə uğramasına baxmayaraq, hazırki Rusiya qırmızı imperiyadan heç də fərqlənmir: Kreml yenə də generallar və təhlükəsizlik xidmətinin əsarətindədir; iqtisadiyyat elə də güclü deyil; neft və qazı oliqarx elitası çıxarır, həm də sənayenin digər sahələrinə nəzarət edir.



The Economist jurnalı, 22.12.2012

Yeni il buraxılışında “Cəhənnəmə ən qısa yolun bələdçisi” adlı məqalədə jurnal cəhənnəm oduna təkcə Rusiya prezidentini deyil, həm də onun iranlı, koreyalı və suriyalı həmkarları Mahmud Əhmədinecat, Bəşər Əsəd və Kim Çen Inı, eləcə də Liviyanın mərhum prezidenti Muəmmar Qəddafini da atıb. Bir sözlə material cəhənnəmə düşmək üçün səyyahlara verilən məsləhətlər prinsipinə əsasən hazırlanıb.



Time jurnalı, 05.03.2012

“Rusiyanın inanılmaz dərəcədə kiçilən baş naziri” adlı məqalənin adı “The Incredible Shrinking Man” kinosundan götürülüb. Müəllif Saymon Şuster, 2012-ci il mart seçkilərinin yekun nəticələrinə əsasən baş nazir seçilən Putinin qurduğu hökumətinin getdikcə daha da zəiflədiyini qeyd edib. Putinin mətbuat katibi Dmitriy Peskov, bu məqaləyə görə, Şusteri rusofob və putinofob adlandırmışdı.



Bloomberg Businessweek jurnalı, 09.02.2012

“Putinin son döyüşü”: Rusiya siyasəti və iqtisadiyyatı (“Vahid Rusiya”, “korrupsiya”, “Qazprom”, “milyarderlər”, “Çeçenistan”) baxımından Putinlə bağlı ən yaradıcı üz qabığıdır demək olar.



Time jurnalı, 12.12.2011
`Postsovet nəsli “niyə bu müddət ərzində ölkə düzəlmədi” sualını verənə kimi, Vladimir Putin ölkəni 12 il idarə etdi`, deyə “Putin problemi” adlı yazıda bildirilir. Məqalə, əsasən dekabrda Dumaya seçkilər ərəfəsində artan etirazların analizindən ibarətdir.



Səbinə Həsənova
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti