Daha bir ölkə Türkiyədən PUA aldı

Daha bir ölkə Türkiyədən PUA aldı
  02 Noyabr 2022    Oxunub:841
Qırğız Respublikası Türkiyə istehsalı olan “Aksunqur” pilotsuz uçuş aparatı (PUA) alıb.
Bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev sosial şəbəkədə məlumat verib.

“İndi “Aksunqur” da bizimdir!”, - o bildirib.

Xatırladaq ki, “Aksunqur” pilotsuz uçuş aparatını Türk Aviasiya və Kosmos Sənayesi (TÜSAŞ) şirkəti istehsal edir. “Aksunqur” vizual və radio-kəşfiyyat, dəniz patrulları və zərbələrin endirilməsi üçün nəzərdə tutulub.

AzVision.az




Teqlər:





Xəbər lenti