Pelosinin ərinə hücum edən şəxslı bağlı qərar verildi

Pelosinin ərinə hücum edən şəxslı bağlı qərar verildi
  02 Noyabr 2022    Oxunub:657
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosiyə çəkiclə hücum edən Devid DePape barəsində həbs-qətimkan tədbiri seçilib.
Hücum edən şəxs San-Fransiskoda Ali Məhkəmə qarşısına çıxarılıb. O, günahsız olduğunu iddia etsə də, hakim DePapenin zaminə buraxılmadan həbs-qətimkan tədbiri seçilməsinə qərar verib.

DePape-nin vəkili Adam Lipson polis hesabatlarını görmədiyini deyib və müvəkkili ilə qısa söhbət etdyini bildirib. Qeyd edilir ki, adam öldürməyə cəhd və dövlət məmurunu hədələmək ittihamları ilə mühakimə olunan həmin şəxsi 13 il həbs cəzası gözlüyür. Növbəti məhkəmə prosesi noyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, Pol Pelosi 28 oktyabrda Kaliforniya əyalətinə aid olan San Fransiskodakı evində DePape tərəfindən çəkiclə hücuma məruz qalmışdı. Baş nahiyyəsində qırıq, sağ qolunda və əllərində müxtəlif yaralar təsbit edilib.

Sima Cəfərova
AzVision.az


Teqlər:





Xəbər lenti