Zaxarova Peskovu təkzib etdi: "Soçidə nazirlərin görüşü olmayıb"

      Zaxarova Peskovu təkzib etdi:    "Soçidə nazirlərin görüşü olmayıb"
  02 Noyabr 2022    Oxunub:832
Soçidə Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirliklərinin nümayəndələri arasında görüş və danışıqlar olmayıb.
Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib. O, nazirlərin söhbət etdiklərini, müzakirə apardıqlarını söyləyib: “Bu, nümayəndə heyətlərinin görüşü və danışıqları deyildi. Əlbəttə ki, bu söhbət liderlərin apardığı danışıqlar kontekstində baş tutub”.

Qeyd edək ki, oktyabrın 31-də Kremlin mətbuat katibi Dmitri Peskov Soçidə Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirildiyini açıqlamışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti