Məşhur ABŞ geyim brendi Rusiyanı tamamilə tərk edir

Məşhur ABŞ geyim brendi Rusiyanı tamamilə tərk edir
  02 Noyabr 2022    Oxunub:910
Amerikanın məşhur geyim və aksesuar şirkəti "Gap" Rusiya bazarını tamamilə tərk etmək qərarına gəlib. AzVision.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.
"Bu şirkət Rusiya Federasiyasını tamamilə tərk edəcək. Biznesin satışı isə gözlənilmir. Mağazalarda artıq problemlər yaranıb və brend Rusiyada populyar deyil. Ola bilsin, alıcılar onların getməsindən kədərlənməyəcəklər", - "Magic Group"un prezidenti Aleksandr Peremyatov nəşrə açıqlamasında deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Rusiya   Brend  





Xəbər lenti