Paşinyan: "Sülhməramlıların mandatı ilə bağlı təklifimiz rədd edildi"

      Paşinyan:    "Sülhməramlıların mandatı ilə bağlı təklifimiz rədd edildi"
  02 Noyabr 2022    Oxunub:1205
Ermənistan, Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə Soçidə keçirilən sammitdə Ermənistan tərəfi Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlılarının mandatının uzadılması ilə bağlı qərarın qəbul edilməsi təklifi ilə çıxış edib, lakin təklif rədd edilib.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki büdcə müzakirələrində çıxışı zamanı deyib.

"Biz mandatın qeyri-müəyyən müddətə - 5, 20 illiyə uzadılmasını təklif etdik. O qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktuallaşıb və gündəliyə salınacaq", - Paşinyan qeyd edib.

"Rusiyanın mövqeyi bizə uyğundur" – Paşinyan
Baş nazir xatırladıb ki, 2020-ci ildəki tarixi üçtərəfli bəyanata əsasən, sülhməramlılarla bağlı 5 illik müddətə altı ay qalmış tərəflərdən heç biri etiraz etmədikdə, onların mandatı avtomatik olaraq yenilənir.

"Qarabağda sülhməramlıların olması etibarlı mexanizmlər və təminatlar yaradılana qədər Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsinin ən mühüm təminatçısıdır", - Paşinyan bildirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşdə Nikol Paşinyanın sülhməramlılarla bağlı təklifinin müzakirə edildiyini demişdi. Rusiya lideri vurğulayıb ki, mandatın uzadılması məsələsində birgə razılaşmaya ehtiyac var ki, bu da mümkün sülh müqaviləsinin bağlanması, sərhədlərin demarkasiyası və delimitasiyasından asılı olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Qarabağ   Ermənistan   Paşinyan  





Xəbər lenti