Məmurların olduğu avtomobil partladıldı: 8 nəfər yaralanıb

Məmurların olduğu avtomobil partladıldı:  8 nəfər yaralanıb
  02 Noyabr 2022    Oxunub:1017
Əfqanıstanın paytaxtı Kabildə Bərpa və Kənd Təsərrüfatının İnkişafı Nazirliyinin əməkdaşlarının olduğu avtomobil partladılıb. AzVision.az xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.
Kabil polisinin sözçüsü Xalid Zadranın sözlərinə görə, terror nəticəsində azı 8 nəfər yaralanıb. Partlayışa səbəb yol kənarında quraşdırılmış mina olub.

Yerli sakinlərin sözlərinə görə, hadisə nəticəsində xeyli sayda insan tələfatı da ola bilərmiş. Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti