“Moskva İrəvana təzyiq göstərməyə çalışacaq”- Aleksandr Razuvayev

   “Moskva İrəvana təzyiq göstərməyə çalışacaq”-    Aleksandr Razuvayev
  01 Noyabr 2022    Oxunub:2254
“Rusiya SSRİ-nin dağılmasına start verən Qarabağ problemini bitirmək arzusundadır. Rusiyanın rəsmi mövqeyi dəyişməzdir - Qarabağ Azərbaycandır. Üstəlik, Rusiyanın digər məqsədlərindən biri olan ticarət yollarının açılması regionun bütün ölkələrinin iqtisadiyyatına müsbət təsir göstərəcək. Onların ən kasıbı kimi Ermənistan da daxil olmaqla”.
Bu sözləri AzVision.az -a açıqlamasında rusiyalı politoloq Aleksandr Razuvayev deyib. Ekspertin fikrincə, məsələ onda deyil ki, Rusiya Ermənistanla Azərbaycan arasında əsas vasitəçi statusunu itirmək istəmir. Həm də ondadır ki, tərəflərdən heç biri Qərbin iştirakından yaxşı nəsə gözləməməlidir.

“İrəvandakı bəzi dairələrin revanş götürmək üçün Qərbin köməyinə meyilli olması Ermənistan üçün, dövlətçiliyini itirməsi də daxil, böyük faciəyə çevrilə bilər. Ermənistanın hərbi və iqtisadi potensialı Azərbaycandan, xüsusilə də Türkiyədən xeyli aşağıdır. Son iki ildə Rusiya ilə Türkiyə arasında münasibətlərdə, ilk növbədə, iqtisadiyyatda çox şey dəyişib. Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və öz yanacaq balansı ilə bağlı bütün məsələləri daimi olaraq həll edən qaz mərkəzi olmaq şansı yüksəkdir. Moskva İrəvana təzyiq göstərməyə çalışacaq ki, otuz ildən çox tarixi olan münaqişəni həmişəlik dayandırsın. Ən pis sülh də mübahisədən yaxşıdır”,- A.Razuvayev bildirib.

Onun sözlərinə görə, Qərbin - ABŞ-ın, Fransanın, Avropa Birliyinin Güney Qafqaz məsələlərində iştirakında heç bir fayda ola bilməz. ABŞ və Fransada güclü erməni diasporu var. Ona görə də, onlar faktiki olaraq Ermənistan üçün lobbiçi kimi çıxış edirlər. Ancaq aydındır ki, onlar Azərbaycana və hələ ki NATO-nun əsas ölkəkərindən olan Türkiyəyə qarşı döyüşməyəcəklər. Qərbin əsas məqsədi Rusiyanı zəiflətməkdir. Odur ki, onlara Güney Qafqazda sülh lazım deyil, əksinə, münaqişədə maraqlıdırlar.

Seymur Məmmədov
AzVision.az


Teqlər: Qarabağ   Rusiya  





Xəbər lenti