Nobel Sülh Mükafatının laureatları bəlli oldu

   Nobel Sülh Mükafatının laureatları bəlli oldu
  07 Oktyabr 2022    Oxunub:1092
Nobel Sülh Mükafatının laureatları məlum olub. Builki laureatlar bir hüquq müdafiəçisi və iki təşkilatdır.
Bu barədə Nobel komitəsinin “Twitter” hesabında məlumat verilib. Bildirilir ki, belaruslu Ales Bialiatski, Rusiyanın “Memorial” və Ukraynanın “Vətəndaş Azadlığı Mərkəzi” təşkilatı “ölkələrində vətəndaş cəmiyyətini təmsil etdiklərinə görə” 2022-ci ilin Nobel Sülh Mükafatına layiq görülüblər.


AzVision.az



Teqlər:





Xəbər lenti