İpoteka kreditində ilkin ödəniş olmayacaq

 İpoteka kreditində ilkin ödəniş olmayacaq
  07 Aprel 2013    Oxunub:1482
Sosial ipoteka ilə bağlı qanun layihəsi üzəridə işlər davam edir
Sosial ipoteka ilə bağlı yeni qanun layihəsi parlamentin payız sessiyasında müzakirə ediləcək. Milli Məclisin sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda qanun layihəsi üzərində iş gedir.

Bu günədək sosial ipotekanın effektivliyinin artırılması üçün görülən işlər çərçivəsində dövlət büdcəsindən 2013-cü il üçün sosial ipotekaya ayrılan məbləğ iki dəfə artırılaraq 40 milyon manata çatdırılıb. Həmçinin, Azərbaycan Prezidentinin fərmanı ilə sosial ipoteka krediti üçün ayrılan maksimum məbləğ 35 min manatdan 50 min manata qədər artırılıb. Digər təkliflər də nəzərə alınacaq və qanun layihəsi parlamentin müzakirəsinə çıxarılacaq.

Yeni təkliflərdə sosial ipotekadan istifadə imkanı əldə edəcək şəxslərin siyahısının genişləndirilməsi, bu siyahıya gənc ailələrin, eləcə də ailəsi olmayan, lakin ipoteka krediti almaq üçün maliyyə imkanı olan gənclərin də daxil edilməsi qeyd olunur.

Bundan əlavə, sosial ipoteka krediti alanlar ilkin ödənişdən azad edilə bilərlər. Belə ki, Zəmanət Fondunun öz işinə başlaması ilə ipoteka kreditlərini ilkin ödəniş etmədən də almaq mümkün olacaq. Borcalan ipoteka krediti üzrə ilkin ödənişin yerinə fonddan zəmanət alacaq ki, bu zaman o, bütün məbləği tam şəkildə özü ödəməyəcək.


Teqlər:  





Xəbər lenti