Binədə qan töküldü

Binədə qan töküldü
  14 Fevral 2013    Oxunub:2930
Bakıda Binə ticarət mərkəzində qətl hadisəsi baş verib.
Qaradağ rayon polis İdarəsinin 10-cu polis bölməsindən verilən məlumata görə, hadisə bazarda yerləşən “Dərya-Dəniz” kafesində baş verib.
Dava zamanı 31 yaşlı Şaiq Rəhimov bıçaqlanıb. Xəsarət ağır olduğundan onu xəstəxanaya çatdırmaq da mümkün olmayıb, o, yolda keçinib.
Qətli törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilib. İstintaq sirri olduğundan onun adı açıqlanmır. Qətlin motivi də hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb.



Teqlər:





Xəbər lenti