"Qarabağ" pley-off mərhələsinə vəsiqə qazandı - YENİLƏNİB

 "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazandı -  YENİLƏNİB
  10 Avqust 2022    Oxunub:2640
"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. AzVision.azxəbər verir ki, "köhlən atlar" Macarıstanda "Ferentsvaroş" klubunun qonağı olub. "Groupama Arena"da keçirilən və ispaniyalı FIFA referisi Karlos del Serronun idarə etdiyi görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Bakıdakı matçda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” səfər qələbəsindən sonra adını pley-offa yazdırıb. Ağdam təmsilçisi bu raundda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.


22:54
Macarıstanda "Ferentsvaroş" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk hissəi başa çatıb. AzVision.azxəbər verir ki, birinci hissədə Azərbaycan klubu hesabı açıb.

7-ci dəqiqədə Abdullah Zubir "köhlən atlar"ı önə keçirib. Hazırda oyunda fasilə elan edilib.

22:00
"Qarabağ" futbol klubu bu dəqiqələrdə Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxır. AzVision.azxəbər verir ki, rəqib Macarıstanın "Ferentsvaroş" klubudur.

İlk oyun Bakıda 1-1 hesabı ilə yekunlaşıb.

20:45

Macarıstanda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Ferentsvaroş" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

AzVision.az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

"Ferentsvaroş": 90. Deneş Dibus, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 15. Adnan Kovaçeviç, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 25. Rasmus Telander, 70. Frank Boli, 93. Aissa Laiduni

Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Sabolç Merql, 4. Mats Knuster, 5. Muhamed Beşiç, 8. Rayan Mmae, 19. Balint Veçei, 23. Lorand Paska, 28. Karlos Auski, 44. Styepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş

Baş məşqçi: Stanislav Çerçesov

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov


19:14

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. AzVision.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Macarıstanda “Ferentsvaroş”la qarşılaşacaq.

Budapeştdə keçiriləcək görüş Bakı vaxtı il saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyun 1:1 hesabı ilə nəticələndiyindən hər iki komandanın mərhələ keçmək şansı bərabər qiymətləndirilə bilər.

Qeyd edək ki, cütün qalibi pley-offda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub komanda isə Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

9 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:00. "Ferentsvaroş" (Macarıstan) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Budapeşt. “Ferensvaroş” stadionu
İlk oyun – 1:1

AzVision.az



Teqlər: Qarabağ   Macarıstan  





Xəbər lenti